Güləşçilərimiz "Zagreb Open"in ilk günündə 3 medal qazandı

11 Yanvar, 11:00 Sosial mediada paylaşın:
Xorvatiyada güləş üzrə ilin ilk reytinq turniri başlanıb.
Birinci yarış günündə sərbəst üsulla güləşən idmançılarımız xalça üzərinə çıxıblar. 61 kq-da yarışan Əliabbas Rzazadə və Nurəddin Novruzov eləcə də 74 kq çəkidə mübarizə aparan Cəbrayıl Qadjiyev bürünc medala yiyələniblər. İslam Bazarqanov, Zirəddin Bayramov, Arseni Djioyev və Osman Nurmaqomedov isə mübarizənio dayandırıb. Qeyd edək ki, bu gün yığmanın digər üzvləri Georgi Meşvildişvili və Vaxit Qalayev, həmçinin qadın güləşçimiz Gültəkin Şirinova medallar uğrunda yarışacaq.

CANLI YAYIM