Formula 1 üzrə son 3 mövsümün qalibi Maks Ferstappen bu il iştirak etdiyi yarışları dəyərləndirib.
“Red Bull” pilotu çempion olduğu mövsümdə ən yaxşı və ən zəif çıxış etdiyi Qran-prilərin adını açıqlayıb: SİTAT “Bu il yenə də Belçika Qran-prisində özümü yaxşı tərəfdən göstərdim. Elə Yaponiyadakı çıxışımı da bəyəndim. Amma ən zəif çıxışım Bakıda oldu. Ümumiyyətlə, Azərbaycan Qran-prisində mübarizə planında həmişə çətinliklərlə üzləşirəm”. SİTATIN SONU. Xatırladaq ki, Ferstappen bu mövsüm keçirilən 22 yarışın 19-da finiş xəttini 1-ci keçib. Niderlandlı pilot Bakı ilə yanaşı, Ciddə və Sinqapurdakı yarışlarda fəxri kürsünün ən üst pilləsinə yüksələ bilməyib.