“Alfa Romeo”da çıxış edən Valtteri Bottas isə yeni mövsüm ərəfəsində velosiped turnirində iştirak etmək istəyir.
Veloidman həvəskarı olan finlandiyalı pilot yanvarın 18-20-də Avstraliyada təşkil olunacaq yarışda mübarizə aparmağı planlaşdırır. Yeri gəlmişkən, bu, Valtteri üçün ilk belə təcrübə deyil. Formula 1 pilotu ötən ilin oktyabrında Belçikada keçirilən velosiped turnirində də mübarizə aparmışdı. Xatırladaq ki, Bottas bu mövsüm “Alfa Romeo”nun heyətində bütün Qran-prilərin iştirakçısı olmuş və 22 yarışda 10 xal toplayaraq mövsümü 15-ci sırada başa vurmuşdu.