"Latsio" İtaliya Kubokunda 1/4 finala vəsiqə qazanan ilk komanda oldu

6 Dekabr, 14:15 Sosial mediada paylaşın:
İtaliya kubokunda 1/8 finalın startı verilib.
Mərhələnin ilk oyunu Romada keçirilib. “Latsio” “Cenoa”nı qəbul edib. Mauritsio Sarrinin komandası mövsümün əvvəli çempionat matçında rəqibinə minimal hesabla uduzsa da, kubokda uğur qazanıb. Meydan sahibləri erkən qolla hesabı açıblar. 5-ci dəqiqədə Luka Pelleqrininin ötürməsindən sonra Matteo Gündüzi dəqiq zərbəylə fərqlənib. Fasiləyədək hesab dəyişməyib. Qonaqlar 2-ci yarıda da məğlubiyyətdən qurtula bilməyiblər. Beləliklə “Latsio” minimal hesabla qalib gələrək İtaliya kubokunda 1/4 finala çıxıb. Azarkeşlər bu mərhələdə paytaxt derbisi izləyə bilərlər. Çünki “Latsio”nun rəqibi “Roma” – “Kremoneze” oyununda müəyyənləşəcək. Həmin matç yanvarın 4-nə təyin olunub.

CANLI YAYIM