"Valensiya" və "Xetafe" sürprizə imkan vermədi

6 Dekabr, 14:10 Sosial mediada paylaşın:
İspaniya Kubokunda 3-cü mərhələnin görüşləri keçirilir. La Liqa təmsilçilərindən “Xetafe” aşağı liqalarda yarışan “Atzeneta”nın qonağı olub. Görüşün favoriti olan “Xetafe” futbolçuları ehtimalları doğruldublar. 53-cü dəqiqədə Xuanmi Latasa qonaqların ilk qolunu vurub. Az sonra Qorxa tarazlığı bərpa edib. Amma qalan vaxtda daha bir qol vuran Xuanmi Latasa “Xetafe”yə 2:1 hesablı qələbə qazandırıb. Beləliklə La Liqa təmsilçisi növbəti mərhələyə yüksəlib.
“Valensiya” da sürprizə imkan verməyib. Komanda səfərdə aşağı liqa təmsilçisi “Arosa”nı minimal hesabla məğlub edib. Yeganə qolu Roman Yaremçuk vurub. Beləliklıə “Valensiya” da mərhələ adlayıb. Qeyd edək ki, “Real Madrid”, “Barselona”, “Atletiko Madrid” və “Osasuna” mübarizəyə 1/16 finaldan qoşulacaqlar.

CANLI YAYIM