"Arsenal" və "Vulverhempton" minimal fərqlə qalib gəldi

6 Dekabr, 14:00 Sosial mediada paylaşın:
İngiltərə Premyer Liqasında 15-ci tur başlanıb. Orta sıralarda gedən “Vulverhempton” autsayderlərdən “Börnli”ni qəbul edib. “Canavarlar” fasilə ərəfəsində hesabı açıb. Hvan Xi Çxan qonaqların qapısına yol tapıb. İlk hissə meydan sahiblərinin minimal üstünlüyü ilə yekunlaşıb. “Börnli” 2-ci yarıda hesabı dəyişə bilməyib. Beləliklə “Vulverhempton” 1-ci hissədə vurulan yeganə qolla qalib gəlib.
Lider “Arsenal” isə aşağı sıralardan yaxa qurtarmağa çalışan debütant “Luton”un qonağı olub. Artıq ilk hissədə azarkeşlər 3 qol görüblər. Maraqlıdır ki, bütün qolları Qabriel adlı futbolçular vurublar. 20-ci dəqiqədə “Topçular”ın heyətində Martinelli hesabı açıb. Çox keçmədən Oşo tarazlığı bərpa edib. 45-ci dəqiqədə isə Qabriel Jezus hesabı yenidən qonaqların xeyrinə dəyişib. Fasilədən sonra da meydanda məhsuldar mübarizə gedib. “Luton” futbolçuları 8 dəqiqə ərzində yenidən önə çıxıblar. Elayca Adebayo və Ross Barkli diqqət mərkəzinə düşüb. Lakin əzmkarlıq nümayiş etdirən “Arsenal” bu qollara cavab verib. Saatın tamamında Kay Havertz hesabı bərabərləşdirib. 2-ci hissəyə artırılan 7-ci dəqiqədə isə Deklan rays qonaqlara 3 xal qazandıran qolun müəllifi olub: “Luton” – “Arsenal” 3:4. Mikel Artetanın komandası xallarının sayını 36-a çatdıraraq zirvədə möhkəmlənib. “Luton” 9 xalla 17-cidir.

CANLI YAYIM