"Ferrari" pilotlarına fərqli müddətə yeni müqavilə təklif etdi

4 Dekabr, 12:30 Sosial mediada paylaşın:
Formula 1-də mübarizə aparan “Ferrari”nin pilotları ilə bağlı planları ictimaiyyətə məlum olub.
Nüfuzlu “La Gazzetta Dello Sport” nəşrinin məlumatına görə, İtaliya komandası monakolu pilotu Şarl Leklerə 2029-cu ilin sonuna qədər yeni müqavilə təklif edib. İspaniyalı yarış iştirakçısı Karlos Sayns isə şərtləri qəbul edəcəyi halda 2025-ci ilin sonuna qədər “Ferrari”də qalacaq. Məhz həmin tarixdən sonra “Ferrari” “Maklaren”lə sözləşməsi başa çatacaq Lando Norrislə anlaşmaq istəyir. Xatırladaq ki, skuderiyalılar Mühəndislər Kubokunda mövsümü 3-cü sırada başa vurub. Şarl Lekler şəxsi birincilikdə 5-ci, Karlos Sayns 7-ci yeri tutub. Hərçənd, Leklerlə müqayisədə Sayns bir dəfə Qran-pri qalibi olub.

CANLI YAYIM