"Real Madrid" İstanbulda ilk məğlubiyyəti ilə üzləşdi

1 Dekabr, 11:30 Sosial mediada paylaşın:
Avroliqada 11-ci tura start verilib. Bu tura qədər keçirdiyi bütün görüşlərdə qalib gələn “Real Madrid” ilk məğlubiyyəti ilə üzləşib. İstanbulda “Fənərbağça”nın qonağı olan hazırkı çempion sonuncu perioda qədər hesabda öndə olsa da, üstünlüyünü qoruya bilməyib. Görüşün taleyinə overtaymda aydınlıq gəlib. Nəticədə “Fənərbağça” “Real Madrid”dən 100:99 hesabı ilə üstün olaraq ardıcıl 4 məğlubiyyətdən sonra azarkeşlərini qələbə ilə sevindirib.  Madridlilərin heyətində 33 xal toplayan argentinalı basketbolçu Fakundo Kompatso oyunun ən məhsuldar oyunçusu ünvanını ələ keçirsə də, bu komandaya heç bir fayda verməyib.
 Bütün turnirlər də daxil olmaqla son 8 oyunda qalib gələn “Panatinaikos” da bu tur uğursuzluqla üzləşib. Ergin Atamanın komandası Belqradda “Partizan”a 87:92 hesabı ilə uduzub. Maraqlıdır ki, bu görüşün də taleyinə overtaymda aydınlıq gəlib. Yunanıstanı təmsil edən “Olimpiakos” da bu tur imkanlarından aşağı səviyyədə çıxış edib. Pireylilər səfərdə “Monako”ya 77:85 hesabı ilə məğlub olub.  “Makkabİ Təl-Əviv” isə çempionatın autsayderlərindən olan “Alba Berlin”i 102:81 hesabıyla məğlubiyyətə uğradıb.  “Olimpiya Milano” isə doğma meydanda “Jalgiris”lə bacarmayıb – 70:83

CANLI YAYIM