4 güləşçimiz dünya çempionu oldu

30 Noyabr, 13:10 Sosial mediada paylaşın:
Hərbçilərin güləş  üzrə dünya çempionatının ilk günü komandamızın üçün uğurlu olub.
Sərhədçi İdman Mərkəzində təşkil olunan yarışlarda sərbəst güləşçilər arasında qalib və mükafatçılar müəyyənləşib. Yığmamız mundialı 7 medalla başa vurublar. Millimizin lideri Hacı Əliyev bütün rəriblərinə qalib gələrək fəxri kürüsün ən yüksək pilləsinə qalxıb. 70 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionumuz  finalda iranlı rəqibini məğlubiyyətə uğradaraq qızıl medal qazanıb. Komandamızın digər üzvü 65 kq çəki dərəcəsində yarışan Əli Rəhimzadə həlledici görüşdə monqolustanlı rəqibindən üstün olub və dünya çempionu adına layiq görülüb.  74 kda qüvvəsini sınayan Turan Bayramov və 92 kqda İbrahim Yusubov mübarizəni birinci yerdə tamamlayıblar. Elnurə Məmmədova gümüş, Nərgiz Səmədova isə bürünc mükafarta sahib olub

CANLI YAYIM