Heyətini gücləndirmək istəyən "Neftçi" daha bir futbolçu ilə danışıq aparır.
Həmin futbolçu Rumıniyanın "Sepsi" klubunda oynayan Pavol Şafrankodur. Slovakiyalı yarımmüdafiəçi bu mövsüm Rumıniya çempionatında 16 matça çıxıb və qol vurub. 29 yaşlı futbolçu karyerası ərzində “Tatran”, “Dunayska Streda”, “Olborq”, “Dandi Yunayted”, “Mamelodi Sandouns” klublarında forma geyindikdən sonra 2022-ci ilin avqust ayında “Sepsi”yə keçib. Onun Rumıniya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Şafranko 2017-2020-ci illərdə Slovakiya millisində 10 oyun keçirib.