Millimiz Bakıda İsveç yığmasını darmadağın etdi

17 Noyabr, 12:00 Sosial mediada paylaşın:
Futbol üzrə milli komandamız Avro-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Yığmamız Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda İsveç kollektivini qəbul edib. Bu göruşə kimi isveçlilərlə 3 dəfə qarşılaşan və hər 3-ündə qol vurmadan uduzan futbolçularimız bu dəfə tarixi qələbə əldə ediblər. Artıq 3-cü dəqiqədə komandamız hesabı açıb. Renat Dadaşov rəqib müdafiəçinin səhvindən yararlanaraq məhsuldar ötürmə edib. Kapitan Emin Mahmudov ilk qolun müellifi olub. Qonaqlar özlərinə gəlməmiş qapılarinda 2-ci topu görüblər. 6-cı dəqiqədə bu dəfə Renat Dadaşov özü topu qapıdan keçirib 2:0. Bundan sonra da oyuna nəzarəti əlində saxlayan meydan sahibləri fasiləyə bu hesabla yollanbblar. 2-ci hissəyə də milliimiz yaxşı başlayıb. Amma 57-ci dəqiqədə komandamız meydanda azlıqda qalıb. Bəhlul Mustafazadə qırmızı vərəqə ilə cəzalandırilıb. Yaxın məsafədən Emil Forsberqin yerinə yetirdiyi cərimə zərbəsi çox təhlükəli alınıb. Şahruddin Məhəmmədəliyev bu epizodda qapısını toxunulmaz saxlayıb. Sayca azlıqda qalmalarina baxmayaraq qalan vaxtda müdafiədə etibarlı oynayan futbolçularımız görüşün sonunda daha 1 qol vurublar. Rəqib qapıçının irəli çıxdığını görın Emin Mahhmudov mərkəz xətti yaxınlığından möhtəşəm qol vurub.  Beləliklı milli komandamız İsvec seçməsinə 3:0 hesabı ile qalib gəlməklə tarixi nəticəyə imza atib.

CANLI YAYIM