Monteneqronun Budva şəhərində 22 yaşadək boksçuların Avropa birinciliyində Maqsud Xasmetov ardıcıl ikinci görüşünü qələbə ilə başa vurub.
60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/8 finalda irlandiyalı Kallum Ovensi mübarizədən kənarlaşdırıb. Xasmetovun növbəti rəqibi rusiyalı Konstantin Opolski olacaq. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Murad Allahverdiyev də 1/4 finala yüksəlib. 80 kq çəkidə qüvvəsini sınayan idmançımız italiyalı Kromvell Kommeyalfredi məğlub edib. Allahverdiyev yarımfinal yolunda almaniyalı Delil Dadayevlə döyüşəcək. 1/4 final mərhələsinin qarşılaşmaları noyabrın 16-da olacaq. Xatırladaq ki, daha əvvəl millimizin üzvlərində Nicat Hüseynov və Ruslan Qədirov da 1/4 finala adlayıb. Qeyd edək ki, ölkəmiz Avropa birinciliyinə 13 kişi, 3 qadın boksçu ilə qatılıb.