Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında 3-cü tur arxada qalıb. Kişilərdən ibarət kollektivimiz İsveç yığması ilə üz-üzə gəlib. İlk tirda danimrakalılara uduzub, ardınca slovakiyalılara qalib gələn şahmatçılarımız bu dəfə də uğur əldə ediblər. Komandamız rəqibini 3,5:0,5 hesabı ilə məğlub edib. Rauf Məmmədov, Şəhriyar Məmmədyarov və Vasif Durarbəyli rəqibinə qalib gəlib. Teymur Rəcəbov isə heç-heçə edib.
Qadınlardan ibarət komandamız qələbələrini sıralayır. İlk 2 turda Sloveniya və Niderland kollektivini məğlub edən millimiz bu dəfə Polşa yığmasından üstün olub 3:1. Ülviyyə Fətəliyeva və Xanım Balacayeva rəqibinə qalib gəlib. Günay Məmmədzadə və Gülnar Məmmədova isə heç-heçə edib. Qeyd edək ki, Avropa çempionatına noyabrın 21-i yekun vurulacaq.