"Tottenhem" lider mövqeyinə qayıda bilmədi

7 Noyabr, 13:30 Sosial mediada paylaşın:
İngiltərə Premyer Liqasında 11-ci tura London derbisiylə yekun vurulub.
“Tottenhem” öz meydanında “Çelsi”ylə üz-üzə gəlib. “Mahmızlar” erkən qolla üstünlük qazanıb. 6-cı dəqiqədə Deyan Kuluşevski “Tottenhem”i önə çıxarıb. Mübahisəli epizodlarla zəngin qarşılaşmanın 33-cü dəqiqəsində meydan sahibləri azlıqda qalaraq penaltiylə cəzalanıblar. Çelsinin qolu ləğv ediləndən sonra Kristian Romero cərimə meydançasında kobudluğa görə qırmızı vərəqəylə cəzalanıb. 11 metrlik zərbəni isə Koul Palmer dəqiq yerinə yetirərək tarazlığı bərpa edib. Fasiləyədək başqa qol olmayıb. 2-ci yarıda “Tottenhem” daha bir zərbəyə məruz qalıb. Romerodan sonra Destini Udogi 2-ci dəfə sarı vərəqəylə cəzalanaraq meydandan çıxarılıb. “Çelsi” rəqibin 9 nəfər qalmasından lazımınca yararlanıb. Əvvəlcə 75-ci dəqiqədə Nikolas Cekson hesabı “zadəganlar”ın xeyrinə dəyişib. Seneqallı hücumçu 2-ci hissəyə artırılan vaxtda daha 2 qol vuraraq “Çelsi”yə 4:1 hesablı qələbə qazandırıb. Beləliklə Maurisio Poçettinonun komandası xallarınln sayını 15-ə çatdıraraq 10-cu yerə yüksəlib. Mövsümdə ilk dəfə uduzan “Tottenhem” isə zirvəyə qayıda bilməyib. Hesablnda 26 xal olan komanda 2-ci yerə geriləyib. “Mançester Siti” 27 xalla liderdir.

CANLI YAYIM