Minifutbol millimiz ilk dəfə qatıldığı dünya çempionatında yarımfinala çıxıb

3 Noyabr, 12:00 Sosial mediada paylaşın:
Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl Xayma şəhərində minifutbol üzrə dünya çempionatı sona yaxınlaşır.
Millimiz 1/4 finalda Bolqarıstan seçmsəsiylə üz-üzə gəlib. İlk yarıda qol olmayıb. 28-ci dəqiqədə hesab açılıb. Vüsal İsayev komandamızı önə çıxarıb. 4 dəqiqə sonra Rəvan Kərimov fərqi artırıb. Çox keçmədən Mirmehdi Rzayev 3-cü topu rəqib qapısından keçirib. 40-cı dəqiqədə Denis İvanov qollardan birinin əvəzini çıxsa da, qalan vaxtda komandamız müdafiədə inamlı oynayaraq sərfəli hesabı qoruyub. Beləliklə millimiz Bolqarıstan seçməsindən 3:1 hesabilə üstün olaraq ilk dəfə qatıldığı dünya çempionatında yarımfinala yüksəlib. Futbolçularımızl bu mərhələdə Qazaxıstan komandası ilə oyun gözləyir. Qarşılaşma bu gün saat 20:30-dan İdman TV-də canlı yayımlanacaq. Yarımfinalın digər matçında Rumıniya və Macarlstan milliləri üz-üzə gələcək.   

CANLI YAYIM