"Arsenal" və "Mançester Yunayted" Liqa Kubokunda mübarizəni dayandırdı

2 Noyabr, 15:55 Sosial mediada paylaşın:
İngiltərə Liqa Kubokunun 1/8 finalında “Vest Hem”  “Arsenal”ı qəbul edib. Oyunda hesabı meydan sahibləri açıblar. “Arsenal”ın müdafiəçisi Ben Uayt topu öz qapısına vurub . 2-ci hissənin əvvəlində Muhammed Kudus fərqi artırıb. 10 dəqiqə sonra isə Cared Bouen 3-cü topu “Arsenal”ın qapısından keçirib. Yekun nəticəni isə Martin Ödeqar müəyyənləşdirib: “Vest Hem” – “Arsenal” 3:1 
Digər London klubu “Çelsi” isə “Bləkbern Rovers”i mübarizədən kənarlaşdırıb. İlk yarıda Benua Badyaşil, 2-ci hissədə isə Rahim Sterlinq fərqlənməklə komandalarına inamlı qələbə qazandırıblar. 
 “Mançester Yunayted” “Old Trafford”da “Nyukasl”la qarşılaşıb. Görüş qonaq komandanın 3:0 hesablı qələbəsilə yekunlaşıb. Migel Almiron, Levis Hol və Co Villok fərqləniblər. Beləliklə Nyukasl turnirin 1/4 finalında “Çelsi”yə rəqib olub. 
“Liverpul” isə səfərdə “Bornmut”dan üstün olub. Mersisaydlıların qollarını Kodi Qakpo və Darvin Nunyez vurublar. Meydan sahiblərinin heyətində isə Castin Klüyvert diqqət mərkəzinə düşüb. “Liverpul” 1/4 finalda “Vest Hem”lə üz-üzə gələcək.

CANLI YAYIM