Xorvatiya kubokunun 1/8 final mərhələsində milli komandamızın üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” Zaqreb klubu səfərdə “Oriolik” futbolçuları ilə üz-üzə gəlib.
Qarşılaşma paytaxt təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb. İlk hissədə “Dinamo” klubu meydan sahiblərinin qapısından 5 cavabsız top keçirib. Hesabı 25-ci dəqiqədə Tibor Haliloviç açıb. Ardınca Yosip Drmiç het-trik müəllifi olub. İlk hissəyə artırılan 2-ci dəqiqədə isə Maksim Bernauer “Oriolik”i 5-ci dəfə cəzalandırıb. Fasilədən sonra milli komandamızın üzvü Mahir Emreli diqqət mərkəzinə düşüb. 54-cü dəqiqədə Antonio Marin meydan sahiblərini mərkəzə dəvət edib. Sonradan meydana daxil olan Mahir 77-ci dəqiqədə hesabı 7:0-a çatdırıb. Qarşılaşmada son nöqtəni isə Sandro Kulenoviç qoyub. “Oriolik” – “Dinamo” Zaqreb 0:8. Bununla da, Zaqreb klubu Xorvatiya kuboku yarışında 1/4 finala yüksəlib.