Basketbol Liqasının 2-ci turunda “Xəzri” "Gəncə"ni qəbul edib.
Çempionatın debütantı olan “Xəzri” komandandası uğurlu çıxışını davam etdirib. İlk oyunda “Neftçi”yə qalib gələn “Xəzri” basketbolçuları bu dəfə də meydanı qələbə ilə tərk ediblər. Görüşə fəal başlayan “Xəzri ilk periodu 23:18 hesabı ilə irəlidə tamamlayıb. Nominal meydan sahibləri böyük fasiləyə kimi hesab arasındakı fərqi daha da artırıblar: 52-39. Sonrakı hissələrdə də üstünlüyünü qoruyan komanda yekunda 93:76 hesabı ilə qalib gəlib. Bu, “Xəzri”nin cari mövsümdə ardıcıl ikinci qələbəsidir. Görüşün ən məhsuldar oyunçuları “Xəzri"nin üzvü Endryu Platek və "Gəncə"nin basketbolçusu Derek Rouds olub. Hər iki basketbolçu 19 xal toplayıb. İkinci turun digər oyunları noyabrın 3-dən 5-dək keçiriləcək: "Sumqayıt" - "Xırdalan"la , "Cəlilabad" - "Neftçi" ilə , "Şəki" - "Sərhədçi", ilə "NTD-INDIGO" –isə "Sabah"la qarşılaşacaq.