Minifutbol millimiz maksimum nəticə ilə pley-offa yüksəlib

1 Noyabr, 11:00 Sosial mediada paylaşın:
Birləşmiş Ərəb Əmirliklərinin Ras-Əl-Xayma şəhərində minifutbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub.
G qrupunda çıxış edən millimiz 3-cü matçda Kuveyt komandası ilə üz-üzə gəlib. İlk dəqiqədə rəqibin heyətində Əlfərəc Əhməd hesabı açsa da, futbolçularımız bu qola artıqlamasıyla cavab veriblər. 8-ci dəqiqədə Cəfər Cəfərov tarazlığı bərpa edib. 38-ci dəqiqədə Mirmehdi Rzayev seçməmizə üstünlük qazandırıb. Nəyahət 44-cü dəqiqədə Təmkin Xəlilzadə fərqlənərək yekun nəticəni müəyyənləşdirib. Azərbaycan - Kuveyt 3:1

CANLI YAYIM