Milli komandamız dünya çempionatında ikinci qələbəsini qazandı

30 Oktyabr, 12:00 Sosial mediada paylaşın:
Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl Xayma şəhərində keçirilən minifutbol üzrə dünya çempionatında qrup mərhələsinin 2-ci turu arxada qalıb.
G qrupunda mübarizə aparan milli komandamız 2-ci oyununda Misir seçməsi ilə üz-üzə gəlib. İlk oyunda İraq yığmsına 2:0 hesabı ilə qalib gələn futbolçularımız bu dəfə daha böyük hesabla qələbə əldə ediblər. Hərçənd ki, hesabı Misir təmsilçiləri açıblar. Amma qalan vaxtda futbolçularımız 4 qol vurublar. Rəvan Kərimov 2, Seymur Məmmədov və Təmkin Xəlilzadə hərəyə 1 dəfə qapını dəqiq nişan alıb. Beləliklə millimiz 4:1 hesabı ilə qalib gəlib. Qrupda 2-ci qələbəsini əldə edərək 6 xalla lider olan komandamız son turun nəticəsindən asılı olmayaraq pley-offa vəsiqəni təmin edib. Millimiz qrupdakı son görüşünü oktyabrın 31-də Küveyt kollektivinə qarşı keçirəcək.  Qeyd edək ki, 2 turdan sonra millimiz 6 xalla liderdir. Misir yığması 3 xalla 2-ci pillədə qərarlaşıb. Küveyt və İraq seçmələrinin aktivində 1 xal var.
 Xatirladaq ki, turnir İdman TV ilə canlı yayımlanır.

CANLI YAYIM