İtaliyanın Sardiniya adasında 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında blits üzrə dünya çempionatı başa çatıb.
Təmsilçimiz Məhəmməd Muradlı 11 oyundan 9,5 xal toplamaqla bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb və dünya çempionu tituluna yiyələnib. Xanım şahmatçıların yarışında isə Gövhər Beydullayeva 7,5 xal toplamaqla liderdən 1 xal geri qalıb. Yekunda o, blits üzrə dünya çempionatında bürünc medal qazanıb. Xatırladaq ki, iki gün öncə rapid üzrə yarışlarda Gövhər Beydullayeva dünya çempionu olmuşdi. Beləliklə Azərbaycanın iki şahmatçısı mötəbər yarışda ümumilikdə 3 medal əldə edib.