Formula 1 “Pirelli” ilə müqavilə müddətini yeniləmək qərarına gəlib.
Məşhur təkər tədarkükçüsü 2027-ci ilə qədər “Kral Avtoyarışları”nda mübarizə aparacaq komandalarla işbirliyini davam etdirəcək. Anlaşmaya əsasən tərəflər sözləşməni daha 2 il müddətinə qədər yeniləyə bilər. Qeyd edək ki, İtaliya şirkəti 2011-ci ildən Formula 1 komandalarını öz şinləri ilə təmin edir. “Pirelli” ilə “Bricistoun” firması rəqabət aparsa da, yarışlara rəhbərlik edən “Liberty Media” İtaliya şirkətinə üstünlük verir.