Yunan-Roma güləşçilərimiz DÇ-də komanda hesabında 1-ci oldu

25 Sentyabr, 11:00 Sosial mediada paylaşın:
Serbiyada güləş üzrə dünya çempionatı başa çatıb.
Belqardda keçirilən yarışın son günündə yunan-Roma güləşçilərimiz daha 2 medal əldə ediblər. 63 kq-da Murad Məmmədov və 67 kq-da Həsrət Cəfərov finalda uduzaraq gümüş mükafatla kifayətləniblər. Bunu komandamızın yarışda 5-ci medalı olub. Xatırladaq ki, daha əvvəl Eldəniz Əzizli  və Rafiq Hüseynov dünya çempionu olub, Sənan Süleymanov isə gümüş medal  qazanmışdı. Bundan başqa 67 və 77 kq çəkilərdə Paris  Olimpiadasına lisenziya da əldə edilib. Beləliklə yarışı 2 qızıl 3 gümüş medalla başa vuran yunan –Roma millmiz yekunda  120 xal toplayaraq ilk dəfə komanda hesabında  1-ci yeri tutub və tarixi uğur əldə edib. Buna qədər ən yaxşı nəticələr sərbəst güləşdə 2009 və 2010, yunan-Roma güləşində isə 2015 və 2022-ci ildə qeydə alınıb. Həmin dünya çempionatlarında millilərimiz komanda hesabında 2-ci yeri  olmuşdu.  Yunan-Roma güləşi üzrə millimiz həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.
 

CANLI YAYIM