Qadın basketbol millimizin rəqibləri müəyyənləşib

20 Sentyabr, 11:15 Sosial mediada paylaşın:
Qadın basketbolçular arasında 2025-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilmiş mərasimdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
Yığmamız Belçika, Litva və Polşa kollektivləri ilə birlikdə C qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatına Çexiya, Almaniya, Yunanıstan və İtaliya ev sahibliyi edəcək. Seçmə mərhələnin oyunlarına noyabrın əvvəlində start veriləcək.

CANLI YAYIM