Güləşçimiz dünya çempionatında gümüş medal qazandı

20 Sentyabr, 11:00 Sosial mediada paylaşın:
Serbiyada keçirilən dünya çempionatında sərbəst güləşçilərin mübarizəsi başa çatıb.
Yarışların son günündə 97 kq çəkidə təmsilçimiz Maqomedxan Maqomedov final görüşünə çıxıb. O həlledici qarşılaşmada Bəhreyn idmançısı Əhməd Tajudinovla üz-üzə gəlib. Rəqibinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib. Xatırladaq ki, Maqomedxan Maqomedov finala yüksəlməklə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etmişdi. Bununla da sərbəst güləş komandamız yarışı 2 gümüş mükafatla başa vurub. Daha əvvəl 92 kqda Osman Nurməhəmmədov finalda uduzaraq gümüş medal əldə edib. Bu nəticə ilə millimiz komanda hesabında dünya çempionatını 5-ci yerdə başa vurub. İlk 3-lükdə Amerika, İran və Gürcüstan komandaları qərarlaşıblar.

CANLI YAYIM