Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsi başlanır. Hazırki çempion “Mançester Siti” G qrupunda yarışacaq. “Şəhərlilər” burda “Srvena Zvezda”, “Leyptsiq” və “Yanq Boys”la mübarizə aparacaq. İlk oyunda “Mançester Siti” doğma artenada “Srvena Zvezada”nı qəbul edəcək. Hazırda Premyer Liqada maksimum nəticə göstərən şəhərlilər nəinki bu qarşılaşmanın, həm də turnirin əsas favoritidir. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanır. Qrupun digər oyunu İsveçrədə keçiriləcək. Burda “Yanq Boyz”la “Leyptsiq” üz-üzə gələcək. Bu matç saat 20:45-də start götürür.
Günün maraqla gözlənilən oyunları F qrupunda olacaq. Turnirin ən titullu komandalarından olan “Milan” San Siroda “Nyukasl”ı qəbul edəcək. A Seriyasına yaxı başlayan amma çempionatın son turunda Milan derbisində darmadağın olan komanda Çempionlar Liqasına qələbə ilıə başlamaq arzusundadır. Uzun illərdən sonra yenidən Çempionlar Liqasında mübarizə aparacaq “Nyukasl”ın da necə çıxış edəcəyi maraqla gözlənilir. Qrupun digər qarşılaşması da prinsipiallığı ilə diqqət çəkir. Fransa çempionu PSJ doğma arenada “Borussiya Dortmund”u qəbul edəcək. Qeyd edək ki, mütəxəssislər F qrupunu hazırki turnirin ən çətin qruplandıran biri adlandırılar və bu yarışda 4 komandanın hamısının imkanları demək olar ki bərabər qiymətləndirilir. Qeyd edək ki, “Milan” – “Nyukasl” oyunu ssaat 20:45-də, PSJ – “Borussiya Dortmund” görüşü isə 23-də başlanacaq.