Güləşçimiz Paris Olimpiadasına lisenziya qazandı

19 Sentyabr, 11:00 Sosial mediada paylaşın:
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatında mübarizə davam edir. Mundiala yollanan pəhləvanlarımız daha bir uğur əldə edib. Belə ki, ağır çəkidə iştirak edən Maqomedxan Maqomedov dünya çempionatının yarımfinal mərhələsində xalça üzərinə çıxıb. Güləşçimiz Gürcüstan idmançısı Givi Maçaraşvili ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Maqomedov həm finala yüksəlib, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Eyni çəkidə mübarizə aparan digər güləşçimiz Osman Nurmaqomedov isə həlledici mərhələdə yarışıb. Təmsilçimiz qazaxıstanlı rəqibinə uduzaraq mundialı gümüş medalla başa vurub. 65 kq-da yarışan Hacı Əliyev isə mübarizəni dayandırıb. 57 kq-da Alyona Kolesnik bu gün təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.

CANLI YAYIM