"Turan Tovuz" toqolu müdafiəçi transfer etdi

15 Sentyabr, 11:15 Sosial mediada paylaşın:
"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Qərb bölgəsi təmsilçisi Emmanuel Hakmanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Toqolu futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Karyerası ərzində Portuqaliyada "Boavişta", "Aveş", "Portimonense", "Jil Visente"nin formasını geyinən müdafiəçi son olaraq Serbiyada "Mladost"un şərəfini qoruyub. Hakman Toqo millisinin heyətində 8 oyunda meydana çıxıb.

CANLI YAYIM