Azərbaycan I Liqasında ilk turun oyunları keçirildi

15 Sentyabr, 11:00 Sosial mediada paylaşın:
Futbol üzrə Azərbaycan Birinci Liqasında ilk turun qarşılaşmaları keçirilib.
Çempionatın debütantı “Araz Saatlı” Olimpiya İdman Kompleksində “İmişli” komandası ilə üz-üzə gəlib. Qarşılaşma aran komandalarının dueli kimi də azarkeşlərin marağına səbəb olub. Yeni mövsümdə komandada hərtərəfli dəyişiklik edən və heyətini gücləndirən “İmişli” klubu görüşün favoriti hesab olunurdu. Görüşə daha fəal başlayan komanda ilk hissənin sonlarında tarazlığı pozub. Xəzər Mahmudov “İmişli”ni önə keçirib. Fasilədən sonra fərq artıb. 72-ci dəqiqədə Xəzər Mahmudov dubl müəllifi olaraq İmişli azarkeşlərini sevindirib. Çox keçmədən meydan sahibləri üçüncü dəfə mərkəzə dəvət olunublar. Komandanın yeni transferi Tonia Tisdel görüşdə vurulan sonuncu qolun müəllifi olub. “Araz Saatlı” – “İmişli” 0:3.
Birincli Liqanın ilk turunda digər nəticələr isə belədir: “Karvan” – “Energetik” 4:0, “Difai Ağsu” – MOİK 0:3, “Zaqatala” – “İrəvan” 0:2.

CANLI YAYIM