Almaniya millisi 5 oyundan sonra qalib gəldi

13 Sentyabr, 12:20 Sosial mediada paylaşın:
Almaniya millisi Dortmundda  “Siqnal İduna Park”da Fransa seçməsini qəbul edib. Son 5 yoldaşlıq görüşünün 1-də heç-heçə edib, 4-də uduzan Bundestim Volfsburda Yapopniya futbolçuları tərəfindən darmadağın edildikdən sonra baş məqşçisiz də qalmışdı. Bu oyuna Almaniya millisini komandanın idman direktoru Rudi Föller çıxarıb. Komanda 5 oyundan sonra nəhayət qələbə qazana bilib. Bundestim rəqibini 2:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin heyətində Tomas Müller və Leroy Sane fərqlənib. Fransa yığmasının heyətində isə Antuan Qrizman penaltini dəqiq yerinə yetirib. Qeyd edək ki, dünya çempionatının finalında Argentina kollektivinə uduzan sonra Fransa futbolçuları Avro-2024-cün seçmə mərhələsində keçirdiyi 5 oyunun hamısında top buraxmadan qələbə qazanmışdı. Bununla da komandanın uğurlu seriyası da başa çatıb.
Qlazqoda “Hempden Park Arena”da isə tarixi yoldaşlıq oyunu keçirilib. Yerli Şotlandiya millisi İngiltərə yığmasını qəbul edib. Görüş beynəlxaq futbol görüşünün 150 illiyinə həsr edilib. Qeyd edək ki, 1872-ci ilin noyabrın 30-da keçirilən İngiltərə - Şotlandiya matçında hesab açılmamışdısa bu dəfə azakeşlər məhsuldar qarşılıama görüblər. İngiltərə futbolçuları prinzipial rəqiblərini 3:1 hesabı iklə məğlub ediblər. Qolları Fil Foden, Cuud Bellinegm və Harri Keyn vurub. Harri Maquayrın avtoqolu isə şotlandiyalı azarkeşlər üçün təsəlli olub. Qeyd edək ki, bütün turnirlər nəzərə alınmaqla tarixində 600-cü qələbəsini əldə edən İngiltərə millisi Avropa komandaları arasında rekordçudur. Əlavə edək ki, 150 il ərzində İngiltərə və Şotlandiya kollektivləri 115 dəfə üz-üzə gəliblər ki, bununda 48-də ingilislər, 41-də isə şotlandlar  sevinən töərəf olublar. 26 görüş isə heç-heçə bitib.

CANLI YAYIM