Milli komandamız İordaniyaya qalib gəldi

13 Sentyabr, 12:00 Sosial mediada paylaşın:
Avropa çempionatının seçmə mərhələsi ərəfəsində yaranan fasilədən istifadə edən futbol üzrə milli komandamız doğma meydanda yoldaşlıq görüşünə çıxıb.
Komandamız “Dalğa Arena”da İordaniya seçməsi ilə üz-üzə gəlib. İlk hissədə tərəflər sürətli hücumlarla yadda qalıblar. Hesab fasilə ərəfəsində açılıb. Birinci yarıya artırılan dəqiqələrdə millimizin kapitanı Emin Mahmudov penaltini dəqiq yerinə yetirərək yığmamızı hesabda önə keçirib. İkinci hissəyə daha üstün başlayan qonaqlar bərabərlik yaratmağa müvəffəq olublar. Nizar Əl-Raşdan tarazlığı bərpa edib. Lakin çox keçmədən komandamız daha bir qol vuraraq qələbəni təmin edib. 79-cu dəqiqədə Toral Bayramovun ötürməsindən sonra Renat Dadaşov topu qapıdan keçirib: Azərbaycan – İordaniya 2:1.

CANLI YAYIM