Pol Poqbanın orqanizmində dopinq aşkar edildi

12 Sentyabr, 15:48 Sosial mediada paylaşın:
“Yuventus”un futbolçusu Pol Poqba çətin vəziyyətlə üzləşib.
İtaliya mətbuatının məlumatına görə, fransalı yarımmüdafiəçinin orqanizmində dozadan artıq testesteron aşkarlanıb. Məsələ ondadır ki, steroid hormonunu artıran bu maddədən yalnız müalicə məqsədilə istifadə etmək olar. Poqbanın isə bundan istifadə etməyə icazəsi olmayıb. 30 yaşlı futbolçunun 1 ildən 4 ilə qədər diskvalifikasiya oluna biləcəyi ilə bağlı xəbərlər yayılıb.

CANLI YAYIM