"Turan Tovuz" toqolu futbolçu ilə müqavilə imzaladı

12 Sentyabr, 13:00 Sosial mediada paylaşın:
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Turan Tovuz” növbəti legioner transferini reallaşdırıb. 
Bölgə təmsilçisi bu dəfə Emmanuel Hakmanı sıralarına qatıb. Bu gün Azərbaycana gələcək 28 yaşı müdafiəçi 2 illik rəsmi müqaviləyə imza atacaq. Toqo yığmasının da şərəfini qoruyan arxa xətt oyunçusu son olaraq Serbiyada “Novi Sad”ın uğurları üçün tər töküb. Afrikalı daha öncə Portuqaliyada “Jil Visente”, “Portimonense” və “Boavişta”nın formasını geyinib. Hakman hazırda azad agent statusu daşıyır. 

CANLI YAYIM