"Neftçi" final mərhələsində mübarizə aparacaq

12 Sentyabr, 12:00 Sosial mediada paylaşın:
Qadın basketbolçulardan ibarət “Neftçi” komandası Dünya Qadın Seriyasının final mərhələsində mübarizə aparacaq.
Sentyabrın 16-ı və  17-də  Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunacaq final mərhələsində 8 komandanın iştirak edəcək. Turnirdəki təmsilçimiz “”Neftçi  B qrupunda yarışacaq. Basketbolçularımız   Çin və  Amerika Birləşmiş Ştatları milliləri, eləcə də Çinin “Yuanda” klubu ilə üz-üzə gələcək. "Neftçi" ilk qrup oyununu sentyabrın 16-ı Bakı vaxtı ilə saat 12:15-də Amerika yığmasına qarşı keçirəcək. Komandamız həmin gün saat 14:05 -də Çin millisi, bu matçdan bir saat sonra isə “Yuanda”  klubu ilə qarşılaşacaq. Qeyd edək ki, qruplarda ilk pilləni tutan komandalar yarımfinala, mübarizəni ikinci və üçüncü sırada tamalayan kollektivlər isə "play-in" mərhələsinə vəsiqə qazanacaqlar.

CANLI YAYIM