Serbiya millisi 9 ildən sonra finala çıxdı

8 Sentyabr, 16:00 Sosial mediada paylaşın:
Basketbol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib.
1/4 finalda Litva millisini mübarizədən kənarlaşdıran Serbiya yığması bu dəfə Kanada seçməsi ilə oyunda azarkeşlərini sevindirib.  Artıq ilk bölümdə məhsuldarlığı ilə diqqət çəkən balkanlılar fasiləyə qədər hücumlarının kəsərini daha da artırıb.  İlk hissəni 13 xallıq üstünlüklə başa vuran Svetislav Peşiçin komandası fasilədən sonra da oyuna nəzarəti əlində saxlayıb. Xüsusən də, 23 xal toplayan Boqdan Boqddanoviç komandasının uğurunda böyük pay sahibi olub.  Beləlilkə də, Kanada yığmasını 95:86  hesabı ilə məğlub edən Serbiya basketbolçuları  9 sonra ilk dəfə dünya çempionatının finalına yüksəlib.  Kanada millisi isə tarixində ilk dəfə oynadığı yarımfinal görüşündə uğursuzluqla üzləşib.

CANLI YAYIM