"Vilyarreal"ın baş məşqçisi istefaya göndərildi

6 Sentyabr, 14:07 Sosial mediada paylaşın:
La Liqada mövsümə uğursuz start verən "Vilyarreal" da baş məşqçi istefası reallaşıb. Klub Kike Setyenlə müqaviləni pozub. Buna səbəb komanda ilk 4 turun 3-də uduzmasıdır. Ötən mövsümü 5-ci pillədə başa vuran komandanın, yeni çempionata uğursuz start verməsi rəhbərliyin belə addım atmasına səbəb olub. Xatrıladaq ki, Kike Setyen "Vilyarreal"dan əvvəl ispaniyada Barselonada da baş məşqçi olub. O, 2020-ci ildə "Bayernın Barsanə çempionlar liqasında 8:2 hesabı ilə məğlub etdiyi oyundan sonra istefa etmişdi.

CANLI YAYIM