"Arsenal" "Mançester Yunayted" üzərində əzmkar qələbə qazandı

4 Sentyabr, 16:01 Sosial mediada paylaşın:
İngiltərə Premyer Liqasının 4-cü turunda “Liverpul” “Enfild”də Aston Villanı qəbul edib. Son 4 rəsmi oyununda qalib gələn və bu qarşılaşmalarda 15 qol vurub cəmi 1 top buraxan “Aston Villa” bu dəfə xala və qola həsrət qalıb. Mersisaydlılar artıq 3-cü dəqiqədə hesabı açıblar. Dominik Soboslai ilk qolun müəllifi olub. 22-ci dəqiqədə hesab artıb. Metyu Kəş avtqol müəəllifi olub. Görüşdə son nöqtəni isə Məhəmməd Salah qoyub: “Liverpul” – “Aston Villa” 3:0.
“Arsenal” isə doğma arenada əzəli rəqiblərindən “Mançester Yunayted”i məğlub edib. Hərçənd ki, hesabı mankunyanlar açıblar. Markus Reşford fərqlənib. Amma qonaqların sevinci heç 1 dəqiqə çəkməyib. Martin Odeqor tarazlığı bərpa edib – 1:1. İlk hissə bu hesabla yekunlaşıb. Qarşılaşmanın sonları daha dramatik keçib. 2-ci hissəyə artırılan 6-cı dəqiqədə Deklan Rays meydan sahiblərini hesabda önə keçirib. Son saniyələrdə isə Qabriel Jesus yekun nəticəni müəyyənləşdirib - 3:1. Qeyd edək ki, 4 turdan sonra “Mançester Siti” maksimum nəticə ilə Premyer Liqanın lideridir. “Tottenhem”, “Liverpul”, “Vest Hem” və “Arsenal” “şəhərlilər”dən 2 xal geri qalır. 4 turun 2-də uduzan “Mançester Yunayted” isə 6 xalla 11-ci pillədədir.

CANLI YAYIM