"Qarabağ" "Səbail"ə məğlub oldu

4 Sentyabr, 13:00 Sosial mediada paylaşın:
Azərbaycan çempionatının 5-ci turunda “Araz Naxçıvan” Gəncədə “Kəpəz”in qonağı olub. Ötən tur səfərdə “Qarabağ”la heç-heçə edən “Kəpəz” bu dəfə doğma arenada azarkeşlərini məyus edib. Görüşün qəhrəmanı Orxan Əliyev olub. Naxçıvan klubunun futbolçusu 1-ci hissənin sonunda 2 qol vurub. Meydan sahibləri fasilədən sonra bunlardan yalnız birinin əvəzini çıxa bilib. Mate Kvirkviya təsəlli qolunun müəllifi olub. Beləliklə “Araz Naxçıvan” Gəncədə 2:1 hesablı qələbə qazanıb.
Turun son oyunu “Səbail” – “Qarabağ” matçı sensasiya ilə yekunlaşıb. Meydan sahibləri hazırki çempionu məğlub ediblər. Hərçənd ki, hesabı məhz Ağdam klubu açıb. Artıq 3-cü dəqiqədə Hamidu Keyta fərqlənib. Amma fasiləyə kimi Səbail futbolçuları oyunda dönüş edə biliblər. 2 qol vuran Aleksandr Ramalinqom görüşün qəhrəmanı olub. 2-ci hissədə “Qarabağ” futbolçuları çox çalışsalar da, məğlubiyyətdən xilas ola bilməyiblər. Beləliklə “Səbail” 2:1 hesabı ilə qalib gəlməklə, ardıcıl 2-ci qələbəsini əldə edib. “Qarabağ” isə 5-ci turda artıq 2-ci məğlubiyyəti ilə üzləşib.

CANLI YAYIM