Dünya çempionatında ikinci qrup mərhələsinin oyunlarına start verilib

1 Sentyabr, 12:15 Sosial mediada paylaşın:
Yaponiya, Filippin və İndoneziyada keçirilən basketbol üzrə dünya çempionatında ikinci mərhələyə start verilib.
17-32-ci yerlər uğrunda mübarizə aparan komandalar üçün nəzərdə tutulan qrup mərhələsinin ilk turunda Fransa millisi İran yığmasından üstün olub.  Hərçənd Kİ, ilk bölümdə 9 xal toplayan Vensan Kollenin yetirmələri növbəti dəfə azarkeşlərini həyacanlandırıb. Amma avropalılar fasiləyə qədər vəziyyəti xeyrinə dəyişə bilib. İkinci hissədə nəzarəti əlində saxlayan Fransa seçməsi İran basketbolçularını 82:55 hesabı ilə məğlub ediblər. “Monako”da çıxış edən fransızların oyun qurucusu Elie Okobo 13 xalla komandasının qələbəsində əsas pay sahibi olub. Günün ən dramatik qarşılşaması Yeni Zelandiya – Meksika matçı olub. Oyunu ilk hissəsində latın amerikaılıar inamlı təsir bağışlasa da, fasilədən sonra Okeaniya təmsilçisi təşəbbüsü ələ alıb. Buna baxmayaraq, “asteklər” qələbə qazana biliblər Yeni Zelandiya – Meksika 100:108.

CANLI YAYIM