Azərbaycanın 16 yaşlı oğlanlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatının C divizionunda mübarizəsini davam etdirir.
Millimiz məğlubiyyətsiz yarımfinala yüksəlib. Yığmamız buna B qrupundakı son oyunda San Marino seçməsinə 96:47 hesabı ilə qalib gəlməklə nail olub. Növbəti mərhələyə qrup lideri kimi adlayan kollektiv finala gedən yolda Kosovo - Andorra cütünün məğlubu ilə qarşılaşacaq. Qeyd edək ki, iyulun 26-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22-də başlayacaq