Basketbol üzrə U-16 millimiz Avropa çempionatının yarımfinalına yüksəlib

21 İyul, 12:30 Sosial mediada paylaşın:
16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Andorrada keçirilən Avropa çempionatının C Divizionunda yarımfinala yüksəlib.
Yığmamız B qrupundakı son oyununda yerli komandanı məğlub edərək buna nail olub. Gərgin keçən görüşdə 69:64 hesablı qələbə qazanan Azərbaycan seçməsi qrupu birinci pillədə başa vurub. Yeniyetmə qızlar yarımfinalda Gürcüstan seçməsi ilə qarşılaşacaqlar. İyulun 22-də keçiriləcək matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

CANLI YAYIM