U-16 millimizdən Avropa birinciliyində uğurlu start

19 İyul, 12:15 Sosial mediada paylaşın:
16 yaşadək qız basketbolçuların Avropa birinciliyinin C divizionunda mübarizəyə start verilib. Andorrada keçirilən yarışda iştirak edən Azərbaycan millisi ilk görüşdə meydan sahibləri ilə qarşılaşıb. Oyun yığmamızın üstünlüyü şəraitində keçib. Azərbaycan seçməsi böyük fasiləyə 21 xal fərqi ilə öndə yollanıb. Basketbolçularımız qarşılaşmanın sonuna kimi üstünlüyü əldən verməyiblər. Yekunda Azərbaycan komandası Andorra yığmasını 64:50 hesabı ilə məğlub edib. Şilan Akbingöl  21 xalla qələbədə böyük rol oynayıb. Angelina İsmayılova isə 14 xalla diqqət mərkəzinə düşüb.
Millimiz bu gün Moldova kollektivi ilə üz-üzə gələcək. Görüş saat 19:00-da start götürəcək.
Qeyd edək ki, qrupda ilk iki pilləni tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. Avropa birinciliyinə iyulun 23-də yekun vurulacaq.

CANLI YAYIM