Şuşa beynəlxalq basketbol turnirinə ev sahibliyi edəcək

3 İyun, 08:42 Sosial mediada paylaşın:
İyunun 12-dən 13-dək Şuşa şəhərində qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçiriləcək.
Yarışda 3x3 qadın milli komandamızla yanaşı, ikisi klub komandası olmaqla, ümumilikdə, səkkiz komanda iştirak edəcək.
Almaniya, Niderland, Rumınya, Macarıstan, Türkiyə və Azərbaycanın 3x3 qadın yığma komandaları, Yaponiyanın "G FLOU" və yerli təmsilçimiz "Neftçi" klubu Dünya Qadın Seriyasında mübarizə aparacaqlar.

CANLI YAYIM