Daşkənddə millimizin 3 üzvü rinqə çıxdı

3 May, 12:05 Sosial mediada paylaşın:
Özbəkistanın paytaxtı Daşkənddə boksçuların dünya çempionatı davam edir. Yarışın 2-ci günü rinqə çıxan idmançılarımızdan 75 kq-da bacarığını göstərən Mirşərif Kazımzadə 1/32 finalda uğur qazanıb. Boksçumuz keniyalı Edvin Okonqo Ovuoru məğlubiyyətə uğradıb. 80 kq çəki dərəcəsində döyüşən Murad Allahverdiyev tacikistanlı Şabbos Neqmatullayevi mübarizədən kənarlaşdıraraq 1/16 final mərhələsinə vəsiqə qazanıb. 63,5 kq-da yarışan Malik Həsənov isə startda uduzub. Həsənov türkiyəli boksçu Bilgə Kanlı ilə bacarmayıb. Qeyd edək ki, mayın 14-dək davam edəcək boks üzrə dünya çempionatı İdman TV-də canlı yayımlanır.

CANLI YAYIM