Monteneqronun Budva şəhərində gənc boksçuların dünya birinciliyinə təmsilçilərimiz qələbə ilə start veriblər.
48 kq çəkidə Bilalhəbaşi Nəzərov ilk qarşılaşmasında Qırğızıstan təmsilçisinə qalib gəlib. 1/8 finalda o, Ekvador idmançısı ilə üz-üzə gələcək. 54 kqda Ömər Aslanlı debütdə kubalı rəqibindən güclü olub. Ömər növbəti döyüşündə Qazaxıstan boksçusu ilə döyüşəcək. 71 kqda Ziya Həsənov isə Trinidad Tabaqo idmançısını mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda diskvalifikasiya olunduğundan boksçumuz qalib elan edilib. Komandamızın üzvü 1/8 finalda Moldova təmsilçisi ilə üz-üzə gələcək.