Monteneqronun Budva şəhərində gənc boksçuların dünya birinciliyi davam edir.
Yığmamızın iki üzvü Bilalhəbaşi Nəzərov finala yüksəlib. 48 kq-da mübarizə aparan boksçumuz yarımfinalda Mərakeşli Osman Çadqurdan üstün olub. 63,5 kq çəki dərəcəsində yarışan Əli Abdullayev eyni uğuru təkrarlayıb. O, yarımfinalda farnsalı Camel Cemmala qalib gəlib. Komandamızın digər üzvləri Zidan Hümbətov, Məhəmmədəli Qasımzadə və Aynur Mikayılova dünya birinciliyini bürünc medalla başa vurub.