Usik: "Fyurinin fiziki göstəriciləri məni qorxutmur"

17 Dekabr, 10:30 Sosial mediada paylaşın:
Boks həvəskarları səbirsizliklə dekabrın 21-də Aleksandr Usiklə Tayson Füri arasında təkrar döyüşü səbirsizliklə gözləyir. 
Səudiyyə Ərəbistanın pssaytaxtı Ər-Riyadda təşkil olunacaq görüşdən əvvəl superağır çəkidə dünyanın ən güclü əlcək ustaları növbəti açıqlamaları ilə yadda qalıb. Hazılrda bütün kəmərləri əlində cəmləşdirən Aleksandr Usik britaniyalı rəqibindən fərqli olaraq yenə də təmkinini qoruyub. Ukraynalı boksçu yenə də rinqdə cəsarətlə döyüşəcəyini söyləyib: “Tayson Fürinin fiziki göstəriciləri qətiyyən məni qorxutmur. Ümumiyyətlə, bu mövzu məni heç maraqlandırmır da.  Mən döyüşkən ruhlu biriyəm. Rinqə yenə də qələbə üçün çıxacağam. Həm də, hazırda bütün Ukrayna mənə dəstək olacaq.  Bütün bunlara baxmayaraq, mən artıq boksdan yorulmuşam.  Mənə dəstək olan bütün fanatlarıma təşəkkür edirəm”
Tayson Füri isə hələ də məğlubedilməz bir boksçu olduğunu iddia edib: “İlk döyüşdə uduzduğumu düşünmürəm. Doğrudur, Usik hakimlərin qərarı ilə qalib gəldi, amma mən özünəinam hissini itirməmişəm. Həmin görüşdə mənim üçün nəzərdə tutulan qonorarı alıb sakit şəkildə ailəmin yanına dönmüşəm.  İlk döyüşdə hakimlər sadəcə 10-cu raundda noqdauna düşməyimi əsas götürdü. Bu an yaşanmasaydı, sonda qalib gələn tərəf mən olacaqdım”   Xatırladaq ki, Aleksandr Usiklə Tayson Fyuri arasında ilk döyüş bu il mayın 18-də Ər-Riyadda təşkil olunmuşdu.

CANLI YAYIM