Edin Terziç: "Çelsi" zəif çıxış etsə də, futbolçularının potensialı böyükdür"

7 Mart, 12:00 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında 1/8 finalın cavab görüşlərinə start verilir. “Çelsi” “Stemford Bric”də “Borussiya Dortmund”a qarşılaşacaq. Almaniyada keçirilən ilk oyun meydan sahiblərinin minimal hesablı qələbəsilə yekunlaşmışdı. London klubunun heyətində Meyson Mount, Tiaqo Silva və Pyer Emerik Obameyanq bu görüşdə iştirak etməyəcəklər. Qrem Potter mətbuat konfransında komandasının qeyri-sabit çıxışından və klubdakı gələcəyindən söz açıb: “Son nəticələrimizə görə məsuliyyət təkcə futbolçuların və ya mənim üzərimə düşmür. Komanda olaraq qalib gəliriksə, mənfi nəticələri də birgə qəbul etməliyik. Klubdakı gələcəyim haqda danışmaq istəmirəm. Hazırda əsas diqqətimi bu oyuna yönəltmişəm. Məqsədimiz Premyer Liqada ilk 4-lüyə düşərək Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Hələ görüləcək işlərimiz çoxdur. Əvvəlcə “Borussiya” Dortmund”u doğma meydanda məğlub edib yolumuza davam etməliyik.
Borussiya Dortmundda isə əsas itkilər Karim Adeyemi, Yusufa Mukoko və Yulian Rüerson yoxluğu ilə bağlıdır. Almaniya klubuna rəhbərlik edən Edin Terziç üstünlüyə baxmayaraq ehtiyyatlı açıqlamalarla diqqtə çəkib: “Bizi çox çətin görüş gözləyir. “Çelsi” qış transfer dönəmində çox gücləndi. Komanda zəif çıxış etsə də futbolçuların potensialı çox böyükdür. Hər an fərdi keyfiyyətləri ilə oyunda dönüş edə bilərlər. Üstünlüyü qorumaq əvəzinə daim hücum etməli və qol vurmalıyıq. Yalnız bu halda istədiyim nəticəni qazanarıq”.
Qeyd edək ki, “Çelsi” “Borusiya Dortmund” matçı bu gün gecə yarısı başlanacaq. Oyunu niderlandlı Denni Makelinin başçılığı altında hakimlər briqadası idarə edəcək.

CANLI YAYIM