Teymur Rəcəbov ilk "10-luğ"a qayıdıb

1 Mart, 11:00 Sosial mediada paylaşın:
Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenidən FİDE reytinqində ilk “10-luğ"a qayıdıb. Milli komandamızın üzvü 2747 xalla 10-cu pillədə qərarlaşıb. Yığmamızın digər qrossmeysteri Şəhriyar Məmmədyarov 2738 xalla 15-ci yerdədir. Şahmatçılarımızdan Qədir Hüseynov 83-cü, Rauf Məmmədov  isə 100-cü pillədədir.  Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi ikinci, çinli Liren Dinq  üçüncüdür.
Qadın şahmatçılarımızdan ən yaxşı nəticə Günay Məmmədzadəyə məxususdur. Hesabında 2472 xalı olan Günay  reytinq cədvəlində 22-cidir. Ülviyyə Fətəliyeva  42-ci, Gövhər Beydullayeva 61-ci, Xanım Balacayeva  70-ci, Gülnar Məmmədova isə 88-ci pillədə qərarlaşıb. Qadınların reytinqinə çinli Xou Yifan  başçılıq edir.
 

CANLI YAYIM