Bolqarıstanın paytaxtı Sofiyada boksçuların Stranca yarışı keçirilir.
A kateqoriyalı turnirdə Azərbaycan idmançıları da mübarizə aparırlar. Boksçularımızdan Malik Həsənov startda qələbə qazanaraq 1/8 finala çıxıb. 63,5 kq çəkidə çıxış edən atletimiz kosovalı Şpetim Bayokunu məğlubiyyətə uğradıb. Malik Həsənov 1/8 finalda hindistan idmançısı ilə üz-üzə gələcək. 40-a qədər ölkədən 398 boksçunun bacarığını göstərdiyi Stranca yarışına fevralın 26-sı yekun vurulacaq.